Bakının Nizami rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır hadisə baş verib.
Denmedia.az lent.az-a istinadla xəbər verir ki, hadisə bir qədər əvvəl Keşlə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 33 yaşlı Elvin Orucov sevgilisinə və özünə xəsarət yetirib.
Nəticədə hər iki şəxs həyatını itirib.
Hadisənin dəqiq səbəbləri və digər təfərrüatları hələlik məlum deyil.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

