Nepalda baş verən sel fəlakəti zamanı çəkilən görüntü sosial mediada böyük etiraz doğurub.
Türkiyə mediasının məlumatına görə, sel sularının sürüklədiyi böyük zibil yığınının arasında qalan azyaşlı uşaq xilas olmaq üçün çarəsiz şəkildə mübarizə aparıb.
Hadisə zamanı ətrafda olan bəzi şəxslərin uşağa kömək etmək əvəzinə baş verənləri mobil telefonla lentə alması sosial şəbəkələrdə sərt tənqidlərə səbəb olub.
Görüntülər qısa müddətdə geniş yayılıb. Uşağın sonrakı taleyi barədə isə hələlik dəqiq məlumat yoxdur.

