Bakıda poladtökmə zavodunda ölümlə nəticələnən hadisə baş verib.
Hadisə Binəqədi rayonu, Binəqədi şosesi 57 ünvanında fəaliyyət göstərən poladtökmə zavodunda qeydə alınıb.
Zavodda çalışan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədovu elektrik cərəyanı vurub.
O, hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

