Abşeron rayonunun Ceyranbatan qəsəbəsində də güclü külək iri gövdəli ağacı aşırıb.
Denmedia.az xəbər verir ki, hadisə nəticəsində ağac ərazidə ikinci əl geyimlərin toplanması üçün qoyulan qabın üzərinə düşərək ona ziyan vurub.
Eyni zamanda ağacın aşması avtomobil yolunun bir hissəsinin bağlanmasına səbəb olub.
Qeyd edək ki, ərazidə yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar tərəfindən tədbirlər görülüb.
Ellada Rəsul
Denmedia.az

