Hacıqabul rayonunda iki nəfərin ölümü, beş nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı–Qazax magistralının Muğan kəndi istiqamətində olan hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı iki nəfər həyatını itirib, daha beş nəfər xəsarət alıb.
Yaralılardan dördünün şəxsiyyəti müəyyənləşdirilib. Onların Abşeron rayon sakinləri Xankişi Əliyev, Budaq Əliyev, Xatirə Əliyeva və Turan Əliyeva olduğu bildirilir.
Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

