Xocalı rayonunda mina partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
İlkin məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Partlayış nəticəsində bir nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.

