Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Süskənd kəndində qeydə alınıb. Qəza barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar.
Müəyyən edilib ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb və sürücü salonda sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1985-ci il təvəllüdlü İradə Nurəddin qızı İsmayılovanı avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

