Salyan rayonunun Xələc kəndində ana və iki azyaşlı övladı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.
Denmedia.az xəbər verir ki, hadisə Salyan–Şirvan avtomobil yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Vəfa Maksim qızı Şahbazova, onun 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

