Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsi sahilində üç gün əvvəl dənizdə batan iki gəncin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 19-da Bilgəh qəsəbəsi ərazisindəki nəzarətsiz çimərlikdə dənizdə batan 2008-ci il təvəllüdlü Əlizadə Əlipaşa Natiq oğlu və Əmrəliyev Elmin Elman oğlunun meyitləri suda aşkarlanıb.
Hər iki gəncin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Əldə olunan məlumata görə, həyatını itirən gənclərin hər ikisi tələbə olub.

