ABŞ-nin Miçiqan ştatında kişi həyat yoldaşını və altı uşağını güllələdikdən sonra intihar edib.
Faciə ötən həftə yanmış evdə iki yetkin şəxsin və altı uşağın meyitinin tapılması ilə üzə çıxıb. İlkin araşdırma zamanı ölənlərdən bəzilərində güllə yaralarının olduğu müəyyən edilmişdi.
Ottava dairəsi şerifinin ofisindən bildirilib ki, məhkəmə-tibbi ekspertizadan sonra bütün qurbanların ölüm səbəbləri dəqiqləşdirilib.
Polisin məlumatına görə, ölənlər Kristofer və Amanda Karolkeviç, eləcə də onların 5–15 yaş arasında olan altı övladıdır. Uşaqlardan ikisinin övladlığa götürüldüyü qeyd olunur.
Hüquq-mühafizə orqanları kişinin ölümünü intihar, digər ailə üzvlərinin ölümünü isə qətl kimi qiymətləndirib.

