Abşeron Rayon Mərkəzi Xəstəxanasının ərazisində bıçaqlanma hadisəsi baş verib.
İlkin məlumata görə, əvvəllər xəstəxanada çalışan Elçin Babayev tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərliyə bıçaqla hücum edib.
Hadisə nəticəsində Orxan Ənvərli bıçaq xəsarəti alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Elçin Babayev qısa müddətdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

