Azərbaycanın şimalında, Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Quba ilə həmsərhəd və yaxın ərazilərdə 3–4 bal gücündə hiss olunub.
Hazırda zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, quruma zəlzələnin hər hansı fəsadları ilə bağlı məlumat daxil olmayıb.

