Bakıda yeniyetmənin ölümü ilə nəticələnən ağır hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, 2012-ci il təvəllüdlü Nuray Xəlilli binanın 15-ci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Ellada Rəsul
Denmedia.az

