12 
sen
2023
09:58
182

Salyanda DƏHŞƏT: Yeni doğulmuş körpə küçəyə atılıb

12 sen, 2023
09:58
182

Salyanda DƏHŞƏT: Yeni doğulmuş körpə küçəyə atılıb - FOTO

Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb.

"Den.az"ın məlumatına görə, körpə uşaq yoldan tapılaraq xəstəxanaya təhvil verilib.


Daxili İşlər Nazirliyinin (DİN) DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumatı təsdiqləyib. Bildirilib ki, bu məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar