Qobuda əri tərəfindən bıçaqlanan qadının müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Bu barədə Mərkəzdən məlumat verilib.
Məlumata görə, 2004-cü il təvəllüdlü Aynur Nərimanova travmatik pnevmatoraks diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Torakal Cərrahiyyə şöbəsində müayinə və müalicələri davam etdirilir, hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, 19 yaşlı Aynur Nərimanova ötən gün axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində bıçaqlanıb. Hadisə ilə bağlı onun həyat yoldaşı Alim Nərimanov saxlanılıb.Report
Qobuda ərini kuryerlə aldatdığına görə bıçaqlanan qadının müalicəsi davam etdirilir - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.