15 
mar
2024
15:00
64
Yuxarı
Goranboyda yanğın olub - Video
15 mar, 2024
15:00
64
Goranboyda yanğın olub - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
“Den.az” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə 200kv.m sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70p.m yanıb.
Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar