Kürdəmirdə qadın sürücü qəza törətdi,özü və sərnişini xəsarət aldı.
Den.az xəbər verir ki,hadisə rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki,Mercedes markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini 37 yaşlı Nəbiyeva Jalə Rəşadət qızı Qazax istiqamətində hərəkətdə olarkən avtomobilə idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Qəza zamanı sürücü Jalə Nəbiyeva və onun sərnişini həmyerlisi 34 yaşlı Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.Hazırda fakt araşdırılır.
Kürdəmirdə qadın idarə etdiyi avtomobili aşırıb, sərnişini... - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.