Sumqayıt Tibb Mərkəzi 7 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb.
Mərkəzdən Den.az-a verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 33 yaşlı vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.
Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.
Körpənin valideyni (anası) aprelin 27-də ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.
Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı iyunun 16-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.
Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib.
Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı noyabrın 24-də ildə saat 00:40-da dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə isə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilib.
Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda ŞOK: ana yeni doğduğu körpəsindən imtina etdi - SƏBƏB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.