11 
dek
2023
14:10
213

Kürdəmirdə 8-ci sinif şagirdi ƏRƏ VERİLİB

11 dek, 2023
14:10
213

Kürdəmirdə 8-ci sinif şagirdi ƏRƏ VERİLİB

Azərbaycanda 8-ci sinif şagirdi ərə verilib.

Den.az xəbər verir ki, Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş vermiş məclisdən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Videonun altına şərh bildirən istifadəçilər adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal aldığını bildiriblər.
 
Məsələyə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun açıqlamasına görə, evləndirildiyi iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub. Onun sözlərinə görə, məktəbli qızın evləndirilməsi faktı təsdiqini tapmayıb, sadəcə ailələr arasında kiçik nişan mərasimi keçirilib:

“Valideynlər övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər.

Həmçinin, ailələr nəzarətə götürülüb. Yeniyetmələrin yetkinlik yaşına çatmamış evləndirilməsindən söz gedə bilməz”.

Mətbuat katibi əlavə edib ki, məktəbli qız hazırda dərslərini davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamaya görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar