fev
2024
09:45
222

DƏHŞƏT: 2 gün əvvəl əməliyyat edilən uşaq öldü

8 fev, 2024
09:45
222

DƏHŞƏT: 2 gün əvvəl əməliyyat edilən uşaq öldü - FOTO

Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 7 yaşlı oğlan ölüb.

“Den.az” xəbər verir ki, fevralın 5-də rayon sakini, 2017-ci il təvəllüdlü Cəlilli Vasif Anar oğlu yaşadığı evdə aldığı xəsarətlərlə xəstəxanaya gətirilib. Tibb müəssisəsində əməliyyat edilən uşaq fevralın 7-də saat 22:30 radələrində vəfat edib.

Bildirilib ki, vəfat edən azyaşlı anadangəlmə epilepsiya xəstəsi olub. O, evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıbmış.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında ayaq barmağından əməliyyat edilən xəstəxananın texniki də vəfat etmişdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar