13 
fev
2024
19:48
252

BAŞ PROKURORLUQ: 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

13 fev, 2024
19:48
252

BAŞ PROKURORLUQ: 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Den.az xəbər verir ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda ibtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar