21 
fev
2024
13:24
115

Bakıda avtomobili "moyka"dan oğurladılar

21 fev, 2024
13:24
115

Bakıda avtomobili "moyka"dan oğurladılar

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, fevralın 20-də saat 17 radələrində Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Nicat Həsənov və Həşimağa Həşimov avtomobillə saxlanılıblar.  

Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar