yan
2024
12:06
159

Bakıda yeniyetmələr avtomobil qaçırdı

3 yan, 2024
12:06
159

Bakıda yeniyetmələr avtomobil qaçırdı

Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların təmir sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri, həmçinin şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar