25 
iyl
2023
18:30
203

Hərbi xidmətdən yayınanlar bu qədər cərimələnəcək

25 iyl, 2023
18:30
203

Hərbi xidmətdən yayınanlar bu qədər cərimələnəcək

Rusiya hərbi xidmətə çağırış yaşını və hərbi komissarlığa gəlməməyə görə cərimələri artırır.
 
Den.az xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması kişilər üçün çağırış yaşını 30-a qaldırıb və çağırış vərəqəsi olan şəxslərin xaricə getməsinə qadağa qoyub. Hərbi komissarlığa gəlməməyə görə cərimə isə 10 dəfə artırılıb.
 
İyulun 25-də Rusiya Federasiyasının Dövlət Duması hərbi xidmətə çağırış yaşının 30 yaşa qədər artırılması haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Çağırış yaşının aşağı həddi isə olduğu kimi (18 yaş) qalacaq.

Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, 2023-cü ilin sonuna kimi 27 yaşı tamam olan vətəndaşlar yeni qaydalara tabe olmayacaqlar.
O qeyd edib ki, 2023-cü ildə yaz hərbi xidmətinə 147 min rusiyalı çağırılıb.
 
Dövlət Duması həmçinin II və III oxunuşlarda hərbi qeydiyyat və çağırış idarəsinə gəlməməyə görə cərimələr haqqında qanun layihəsini qəbul edib: cərimələr 30 min rubla qədər artırılacaq. Lakin əvvəlcə 50 min rubla qədər cərimə nəzərdə tutulurdu.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar