Rusiya və Ukrayna 300-ə 300 formatında hərbi əsir mübadiləsi aparıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 6-da Kiyevin nəzarətində olan ərazidən 300 rusiyalı hərbçi geri qaytarılıb, onların qarşılığında isə Ukrayna Silahlı Qüvvələrinin 300 hərbi əsiri təhvil verilib.
Rusiya tərəfi qeyd edib ki, əsirlərin geri qaytarılması prosesində humanitar vasitəçilik ABŞ və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən həyata keçirilib.

