ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla müharibənin ilk iki günü ərzində 5,6 milyard dollar dəyərində sursat istifadə edib.
Denmedia.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinə təqdim olunan hesabatda yer alıb.
Konqres üzvləri yaxın zamanda müharibə üçün əlavə maliyyə vəsaiti təsdiqləməli ola biləcəklərini bildirir və konfliktin ABŞ-ın hərbi ehtiyatlarını tükədə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Fevralın 28-dən, yəni münaqişənin ilk günündən bu zamana qədər sərf edilən ümumi xərclər barədə isə hələ ki rəsmi məlumat yoxdur.

