Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə Pasxa atəşkəsi elan edib.
Kremlin məlumatına görə, atəşkəs 11 aprel saat 16:00-dan (Bakı vaxtı ilə 17:00) başlayaraq 12 aprel 2026-cı ilin sonunadək qüvvədə olacaq. Moskva ümid edir ki, Ukrayna tərəfi də bu təşəbbüsə qoşulacaq.
Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində döyüş əməliyyatlarını dayandırmaq tapşırığı verib, eyni zamanda ordunun cavab tədbirlərinə hazır vəziyyətdə saxlanılmasını əmr edib.

