16 
avq
2023
17:56
164

Erməni diversantın yaxalanmasının GÖRÜNTÜLƏRİ

16 avq, 2023
17:56
164

Erməni diversantın yaxalanmasının GÖRÜNTÜLƏRİ

Ermənistan Müdafiə Nazirliyi erməni diversantın Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmasının görüntülərini yayıb.

Den.az "news.am"a istinadla xəbər verir ki,  görüntülərdə bir neçə azərbaycanlı hərbçi diversanta yaxınlaşaraq onunla danışır, sonra avtomobilə mindirərək aparır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 16-da saat 11:15-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb.

Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər.

Saxlanılan diversantın 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

Ermənistan Müdafiə Nazirliyi yaxalanan diversantı ilə bağlı açıqlama yayıb. Açıqlamada guya Q.B. adlı əsgərin döyüş mövqeyini “özbaşına olaraq” tərk etdiyi haqda məlumat tirajlayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar