Jeune Afrique nəşrinin iddiasına görə, Mali müdafiə naziri Sadio Kamara hərbi baza ərazisində yerləşən iqamətgahı yaxınlığında yük maşınının partladılması nəticəsində həlak olub.
Bildirilir ki, hücum Kati şəhərində baş verib.
Lakin rəsmi qurumlar bu məlumatı təsdiqləməyib. Əksinə, hökumət nümayəndələri daha əvvəl nazirin hücumdan sağ çıxdığını bildirmişdi.
Hazırda hadisə ilə bağlı məlumatlar ziddiyyətlidir və rəsmi təsdiq gözlənilir.

