Çexiyanın müdafiə naziri avtomobil qəzasına düşüb.
Den.az “Yevropeyskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə məlumatı polis və Çexiya Müdafiə Nazirliyi “Novinky” portalına təsdiqləyib.
Bildirilib ki, hadisə Praqanın mərkəzində baş verib. Qəza zamanı hərəkətdə olan hərbi polis avtomobilinin xüsusi siqnalları işə salınıbmış, lakin bu zaman mülki bir avtomobil ona çırpılıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, Çexiya müdafiə naziri rəsmi vəzifəsinə uyğun olaraq hərbi polis tərəfindən qorunan xidməti avtomobildən istifadə edir.