Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə “Efes-2026” birgə döyüş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Təlimlər Türkiyənin İzmir şəhərinin Seferihisar bölgəsində keçirilir.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, təlimlər Türkiyə Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri komandanlıqları, Jandarma Baş Komandanlığı, Sahil Mühafizəsi, eləcə də müxtəlif nazirliklər, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə təşkil olunur.
“Efes-2026” təlimlərində çox sayda yüksəkvəzifəli hərbçi və rəsmi nümayəndə iştirak edir.


