Azərbaycan Müdafiə Nazirliyində xarici ölkələrdəki səfirliklərdə fəaliyyət göstərən hərbi attaşelərin və nümayəndələrin iştirakı ilə illik müşavirə keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, tədbirin açılışında Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev çıxış edib.
İclas zamanı hərbi attaşelərin və nümayəndələrin gördükləri işlərə dair hesabatları, müvafiq ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, eləcə də gələcək fəaliyyət istiqamətləri və perspektivlər müzakirə olunub.



