Azərbaycan və Çexiya arasında hərbi əməkdaşlıqla bağlı danışıqlar keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsində baş tutub və tərəflər mövcud vəziyyət və gələcək perspektivləri müzakirə ediblər. Məlumata görə, qarşılıqlı maraq doğuran məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb, müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub. Danışıqların yekununda 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib və birgə xatirə şəkli çəkdiriblər.


Azərbaycan–Çexiya hərbi əməkdaşlığı genişlənir: Yeni plan imzalandı - FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

