Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Renaldo Cephas itkin düşüb.
“Den.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin üzvü ötən gün “Şanlıurfaspor”la matçın heyətinə daxil edilsə də, o, stadiona gəlməyib.
1-ci liqa klubu futbolçudan xəbər ala bilmir.
Klubun baş məşqçisi Cihat Arslan bildirib ki, futbolçunun harada olduğundan xəbərsizdirlər.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da Ankara təmsilçisində çıxış edir.
Renat Dadaşovun komanda yoldaşı itkin düşüb
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.