Den.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçuları sensasiya sayıla biləcək tapşırığı yerinə yetirə bilsələr, klub rəhbərliyi tərəfindən mükafatlandırılacaqlar.
Klubun tarixində ikinci dəfə ÇL-in qrup mərhələsinə yüksəlsələr, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında pul qazanacaq.
Onu da deyək ki, "Qarabağ"ın keçmişində hələ bu qədər mükafat olmayıb. Komanda ən yüksək "ənam"ı 2017-ci ildə əldə edib. Həmin il pley-off mərhələsində "Kopenhagen"i 1:0 və 1:1-lə üstələyən ağdamlılar ilk dəfə Çempionlar Liqasında qruplara qalıb və oyunçular buna görə 50 min manat alıblar.
Qeyd edək ki, oyun 20:45-də başlayacaq.
"Qarabağ"da rekord mükafat təyin edildi - MƏBLƏĞ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.