“Santos” klubunun hücumçusu Neymara sol diz menisk zədəsi diaqnozu qoyulub və 2025-ci ilin qalan hissəsində meydançaya qayıtmayacağı gözlənilir. Bu barədə Globo məlumat yayıb.
Xəbərə görə, futbolçu Braziliya A Seriyasının 35-ci turunda “İnternasional”la oyundan əvvəl sol dizində kəskin ağrı hiss edib və görüşə çıxmayıb. Əvvəlcə zədənin yüngül olduğu düşünülsə də, vəziyyət daha ciddi çıxıb.
Nəticədə Neymar komandasına elitada qalmaq uğrunda həlledici matçlarda kömək edə bilməyəcək.

