Noyabrın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Denmedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı ərazilərində isə yağıntının qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Güclü şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.
Paytaxtda havanın temperaturu gecə 10–12, gündüz 12–14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetrə yüksələcək. Nisbi rütubət gecə 50–60, gündüz isə 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında şimal və qərb bölgələrindən başlayaraq fasilələrlə yağıntı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə yağıntının qısamüddətli intensiv olacağı və şimşək çaxacağı ehtimal edilir.
Gecə və səhər saatlarında ayrı-ayrı ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi bəzi yerlərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5–9, gündüz 12–15 dərəcə isti, dağlarda isə gecə 0–3, gündüz 3–5 dərəcə isti olacaq.

