“Formula-1”in əfsanəvi pilotu Mixael Şumaxerin ağır zədədən sonra tam bərpa olunması az ehtimal edilir. Bu barədə NEWS.ru-ya Dövlət Maarifləndirmə Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov bildirib.
Onun sözlərinə görə, titul sahibi olan idmançının əlil arabasına keçməsi belə illər çəkib və bu, Şumaxerlə ən yaxşı reabilitoloqların çalışmasına baxmayaraq baş verib.
“Şumaxerin bərpa olunma şansının olub-olmadığını demək çətindir. Zədənin ağırlığını nəzərə alsaq, bu proses çox ləng gedir. İllər lazım oldu ki, o, əlil arabasına keçsin. Bu isə göstərir ki, bərpa şansları çox azdır”, — deyə Aleksandr Umnov qeyd edib.

