İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 28-ci turu çərçivəsində Londonun "Arsenal" və "Çelsi" komandaları arasında keçirilən oyun başa çatıb.
Denmedia.az yerli mediaya-ya istinadən xəbər verir ki, qarşılaşmada "topçular" 2:1 hesablı qələbə qazanıblar. Görüş "Emirates" stadionunda baş tutub. Oyunun baş hakimi Darren İngland olub.
Matçın 21-ci dəqiqəsində Vilyam Saliba hesabı açaraq "Arsenal"ı önə keçirib. İlk hissənin əlavə edilmiş 45+2-ci dəqiqəsində Piyero İnkapye avtoqol müəllifi olub və hesab bərabərləşib. 66-cı dəqiqədə Yurriyen Timber meydan sahiblərini yenidən üstün vəziyyətə çıxarıb.
70-ci dəqiqədə isə qonaq komandanın futbolçusu Pedru Netu ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb və "Çelsi" oyunu azlıqda davam etdirib.
Bu nəticədən sonra "Arsenal" 64 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. "Çelsi" isə 45 xalla altıncı pillədə qərarlaşıb.
Növbəti turda "topçular" səfərdə "Brayton"la (4 mart) qarşılaşacaqlar. "Çelsi" isə eyni gündə səfərdə "Aston Villa" ilə üz-üzə gələcək.
"Arsenal" "Çelsi"ni inamla məğlub etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

