UEFA Çempionlar Liqasının 1/8 finalında Bavariya doğma meydanda Atalantanı 4:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Münhendəki “Allianz Arena”da keçirilən görüşdə alman klubu oyuna tam nəzarət edib.
İlk oyunda 6:1 hesablı qələbə qazanan Bavariya iki matçın yekununda 10:2 hesabı ilə üstünlük əldə edib.
Qolları Harri Keyn (25, 54), Lennart Karl (56) və Luis Dias (70) vurub. Atalantanın yeganə qolunu isə Lazar Samardjiç (85) qeyd edib.
Harri Keyn bu matçla Çempionlar Liqasında 50 qol həddinə çatan ilk ingilis futbolçu olub.
Bu nəticə ilə Bavariya 1/4 finalda Real Madrid ilə qarşılaşacaq.

