“Fiorentina” İtaliya çempionatının 30-cu turunda “İnter”lə 1:1 hesablı heç-heçə edib. Oyunda hesab artıq 1-ci dəqiqədə “İnter”in hücumçusu Françesko Espozito tərəfindən açılıb. 77-ci dəqiqədə isə “Fiorentina”nın yarımmüdafiəçisi Şer Ndur bərabərlik qolunu vurub. Bu nəticə ilə “Fiorentina”nın bütün turnirlərdə 3 oyunluq qələbə seriyası başa çatıb. Komanda 30 oyundan sonra 29 xalla 16-cı yerdədir. “İnter” isə 69 xalla liderliyini qoruyur.
“Fiorentina” – “İnter” oyunu heç-heçə başa çatdı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

