2025/26 mövsümü üzrə UEFA Europa League Avropa Liqasının yarımfinal oyunlarından sonra turnirin finalçıları müəyyənləşib.
Finalda Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” klubları üz-üzə gələcək.
“Frayburq” yarımfinalda Portuqaliyanın “Braqa” komandasını məğlub edib. İlk oyunda 1:2 hesabı ilə uduzan Almaniya təmsilçisi cavab matçında 3:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
“Aston Villa” isə digər İngiltərə klubu “Nottingem”i mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan komanda cavab qarşılaşmasında 4:0 hesabı ilə qalib gəlib.
Avropa Liqasının final oyunu mayın 20-də Türkiyənin Istanbul şəhərində yerləşən “Beşiktaş Park” stadionunda keçiriləcək.

