Argentina millisinin kapitanı Lionel Messi “Hörümçək-adam: Yeni gün” filminin tizerində çəkilib.
Tizer Sony Pictures şirkətinin “YouTube” kanalında yayımlanıb.
Süjetə görə, Messi Nyu-Yorkda yerləşən mağazaya daxil olur. Həmin vaxt mağazada britaniyalı aktyor Tom Hollandın canlandırdığı Piter Parker olur. Futbolçunu görən Parker təəccübdən telefonu əlindən salır və yerə yıxılır. Daha sonra Messidən burada nə etdiyini soruşur.
Messi isə cavabında Hörümçək-adamı axtardığını bildirir.
Bundan sonra Parker Hörümçək-adam kostyumunu geyinir və Messidən yüksəklikdən qorxub-qorxmadığını soruşur. İspan dilində danışan argentinalı futbolçu isə sualı anlamır. Növbəti səhnədə Hörümçək-adam Nyu-York səmasında tora ilişərək uçur və yanında qışqıran Messini aparır.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniya yığmasına 3:1 hesabı ilə qalib gəlib. Oyunda argentinalıların qollarını Covani Lo Çelso, Lautaro Martinez və Lionel Messi vurublar.
Messi turnirdəki altıncı qolunu bu qarşılaşmada rəsmiləşdirib.
Argentina üç oyundan sonra 9 xal toplayaraq J qrupunu birinci yerdə başa vurub. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və 19 iyuladək davam edəcək.
Argentina millisi 1/16 finalda 4 iyulda Kabo-Verde ilə qarşılaşacaq.

