ABŞ Prezidenti Donald Tramp Nyu-Cersidəki “MetLife” stadionunda azarkeşlərin bir hissəsi tərəfindən narazılıq səsləri ilə qarşılanıb.
Bu barədə ABŞ administrasiyası rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tramp yerli vaxtla saat 18:26-da meydana çıxıb. Jurnalistlərin sözlərinə görə, prezidentin görünməsi azarkeşlərin bir hissəsinin uzun müddət davam edən narazılıq səsləri ilə müşayiət olunub.
Həmin stadionda keçirilən həlledici qarşılaşmada İspaniya millisi Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək kuboku qazanıb.

