“Real Madrid” braziliyalı yarımmüdafiəçi Vinisius Juniorla 6 illik yeni müqavilə imzalayıb.
Madrid klubunun “X” sosial şəbəkəsində yaydığı məlumata görə, yeni müqavilə 2032-ci ilədək qüvvədə olacaq.
Vinisius da Instagram hesabında paylaşım edərək yazıb: “Bernabeuda səkkiz il çox azdır... Daha 6 il və həmişəlik!”
26 yaşlı futbolçu 2018-ci ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, klubla birlikdə 14 kubok, o cümlədən 2 Çempionlar Liqası kuboku və 3 İspaniya çempionluğu qazanıb.
Vinisius “Real”ın heyətində indiyədək 375 oyun keçirib və 128 qol vurub.

