FIFA-nın İntizam Komitəsi dünya çempionatının yekunlarına əsasən Argentina millisinin üç futbolçusuna sanksiya tətbiq edib. Argentina Futbol Assosiasiyası (AFA) isə 321 min dollar məbləğində cərimələnib.
FIFA-nın məlumatına görə, futbolçulara fərdi cəzalar verilib. Yarımmüdafiəçi Leandro Paredes 10 oyunluq diskvalifikasiya olunub və 90 min dollar cərimələnib.
Müdafiəçi Nahuel Molina və yarımmüdafiəçi Tyaqo Almada da diskvalifikasiya və pul cəzası alıblar.

Paredes final qarşılaşmasından sonra İspaniya millisinin futbolçuları ilə qarşıdurmaya girib. Bildirilir ki, o, əvvəlcə Erik Qarsiyanı boğazından tutub, daha sonra Qavini itələyib.
Əvvəlcə FIFA Paredesə qırmızı vərəqə göstərildiyini açıqlasa da, sonradan bu məlumat matçın protokolundan çıxarılmışdı və federasiya futbolçuya qarşı tədbir görülmədiyini bildirmişdi.
Argentina Futbol Assosiasiyası isə “idman tədbirindən qeyri-idman xarakterli nümayişlər üçün istifadə edilməsinə” görə cəzalandırılıb.
Qərarda komandanın qeyri-münasib davranışı, ayrı-seçkilik və irqçi təhqirlər də qeyd olunur.

