Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları baş tutacaq.
İngiltərə Premyer Liqasında “Bernli” - “Tottenhem”, “Çelsi” - “Nottingem Forest” və “Mançester Siti” - “Fulhem” matçları eyni saatda - 18:00-da (bütün oyunların saatı Bakı vaxtı ilə qeyd olunub - red.) başlayacaq. Saat 20:30-da daha bir maraqlı görüş baş tutacaq. “Brayton” “Nyukasl”ı qəbul edəcək.
Fransa Liqa 1-də mövsümə uğurlu başlayan “Monako” öz meydanında “Lill”in müqavimətini qırmağa çalışacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.
Almaniya Bundesliqasında iki oyuna maksimum xal toplayan “Bavariya” Münhenqladbax “Borussiya”sının qonağı olacaq. Oyun 20:30-da başlayacaq.
İtaliya A Seriyasında son çempion “Napoli” mövsümə uğursuz başlayan, hər iki görüşdə məğlub olan “Latsio”nu sınağa çəkəcək. Matç 22:45-də başlayacaq.
İspaniya La Liqasında “Real Madrid” paytaxtın digər təmsilçisi “Xetafe” ilə üz-üzə gələcək. Oyun saat 18:15-də başlayacaq.
Türkiyə Super Liqasında son çempion “Qalatasaray” saat 22:45-də “Qaziantep”in qonağı olacaq.
2 sentyabr
İngiltərə Premyer Liqası
18:00. “Bernli” - “Tottenhem”
18:00. “Çelsi” - “Nottingem Forest”
18:00. “Mançester Siti” - “Fulhem”
20:30. “Brayton” - “Nyukasl”
Fransa Liqa 1
23:00. “Monako” - “Lans”
Almaniya Bundesliqası
20:30. “Borussiya” (Münhenqladbax) - “Bavariya”
İtaliya A Seriyası
22:45. “Napoli” - “Latsio”
İspaniya La Liqası
18:15. “Real Madrid” - “Xetafe”
Türkiyə Super Liqası
22:45. “Qaziantep” - “Qalatasaray”.(Oxu.Az)
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq - AFİŞA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.