Varşavada iti ilə gəzintiyə çıxan 36 yaşlı qadına vəhşi qaban hücum edib. Hadisə nəticəsində qadının çanaq sümüyü sınıb.
“Miejski Reporter” nəşrinin məlumatına görə, hadisə sentyabrın 12-də səhər saatlarında Varşavanın Belyanı rayonunda, Klavdını küçəsində baş verib.
Qadının sözlərinə görə, vəhşi qaban birbaşa onun üzərinə qaçaraq böyük güclə ona çırpılıb.
“Heyvan düz mənə tərəf qaçdı və çox güclü zərbə vurdu. Bordürün üzərinə yıxıldıqdan sonra hiss etdiyim ağrını sözlə ifadə etmək mümkün deyil”, – zərərçəkən bildirib.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb və qadın yaxınlıqdakı xəstəxanaya aparılıb. Müayinə zamanı onda sol qalça sümüyünün yerdəyişmə ilə müşayiət olunan sınığı aşkarlanıb.
Hazırda qadının əməliyyata ehtiyacının olub-olmadığı müəyyənləşdirilir. O, xəstəxanada müalicəsini davam etdirir. Sağalma prosesinin bir neçə həftə çəkəcəyi bildirilir.

