14 
fev
2024
23:42
121

Bizi sabah çətin oyun gözləyir - Romao

14 fev, 2024
23:42
121

Bizi sabah çətin oyun gözləyir - Romao

“Bizi sabah çətin oyun gözləyir”.
 
Den.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Braziliyalı oyunçu "Braqa"nın ciddi rəqib olduğunu bildirib: "Onlar ölkə çempionatının son turunda Lissabon "Sportinq"inə məğlub oldular. Bu, bizi arxayınlaşdırmamalıdır. Komandamızın heyətində Portuqaliya liqası təcrübəsi olan futbolçular var. Bu da bizə kömək olacaq".
 
O, "Braqa"ya qalib gəlmək şanslarının olduğunu deyib: "Bu oyunun nəticəsini bir sıra detallar həll edəcək. Avropa Liqası turniri fərqli atmosferdir. Əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar