15 
okt
2023
13:22
226
Yuxarı
Boksçularımız Avropa Kubokunu beş medalla başa vurdu
15 okt, 2023
13:22
226
Boksçularımız Avropa Kubokunu beş medalla başa vurdu
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kubokuna yekun vurulub.
“Den.az” xəbər verir ki, bu haqda azərbaycan Boks Federasiyası məlmat yayıb.
Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.
63,5 kiloqram çəkidə çıxış edən Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan Azərbaycan təmsilçisi sonadək mübarizə aparsa da yekunda rəqib qalib gəlib. Nəticədə M.Həsənov öz çəkisində ikinci yeri tutub.
Ondan öncə Tural Sarıyev (48 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Mirşərif Kazımzadə (75 kiloqram) bürünc medala yiyələnib.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar